Bakı Musiqi Akademiyasının tələbələrindən böyük uğur FOTO


Kriminal 14 May 2022 16:48:00 195 0

Bakı Musiqi Akademiyasının tələbələrindən böyük uğur  FOTO

Türkiyədə X beynəlxalq "Harmony" müsabiqəsində Bakı Musiqi Akademiyasının tələbələri böyük uğur qazandı

Türkiyənin Antalya şəhərində X beynəlxalq "Harmony" müsabiqəsi keçirildi. Hər il bu tədbir dünyanın hər yerindən ən yaxşı peşəkar gənc ifaçıları bir araya gətirir. Müsabiqənin yubiley ili bu dəfə də istisna olmadı. Müsabiqə iştirakçılarının ifaçılıq ixtisasları ilə bağlı müxtəlif nominasiyalarda Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, İran, Litva, və təbii ki, Azərbaycan kimi ölkələr təmsil olunmuşdur. Qeyd edək ki, bu müsabiqə onlayn və oflayn olmaqla iki formatda keçirilib. Peşəkar ifaçılar arasında əsas mübarizə üç kateqoriya üzrə təqdim olunan müsabiqənin oflayn hissəsində cərəyan etdi: vokal, fortepiano və fortepiano dueti.

Son dərəcə sevindirici haldır ki, bu üç əsas nominasiyanın hər birində Azərbaycan musiqiçiləri nüfuzlu beynəlxalq musiqi məkanında yüksək milli ifaçılıq ənənələri nümayiş etdirərək böyük qələbə qazanıblar. Müsabiqənin nəticələrinə görə, fortepiano nominasiyası üzrə l yer Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Zəhra Cahan Şıxəliyeva və Rəşad Ağayev arasında bölüşdürülüb. ll yer - BMA-nın tələbələri Elmar Hüseynov və Nərmin İbrahimova. III yer - BMA-nın tələbəsi Arian Qəhrəmani (İran) və Sumqayıt şəhər musiqi məktəbinin şagirdi Aytac Vəlizadə.