Aktrisa keçmiş millət vəkilinin tənqidinə bu FOTO ilə cavab verdi


Şou-biznes 14 May 2022 16:30:00 132 0

Aktrisa keçmiş millət vəkilinin tənqidinə bu FOTO ilə cavab verdi

Türkiyəli aktrisa Melis Sezen MHP-nin (Milliyetçi Hareket Partisi) keçmiş millət vəkili Ahmet Çakarın canl yayımda onun haqqında dediklərinə ilk dəfə münasibət bildirib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa mübahisəyə səbəb olan libasla qatıldığı gecədən şəkil paylaşaraq bu sözləri yazıb:

"Bu fotonu paylaşmadım, ürəyimdə qalmışdı. Qalmasın. Biz qadınlar çox güclüyük, bundan sonra da böyük nailiyyətlər əldə edəcəyik və hər yerdə işıq saçacağıq. Ruhumuz necə istəyirsə, elə. Qoy bu nur hər kəsin qəlbini doldursun və işıqlandırsın..."

Qeyd edək ki, A.Çakır qonaq olduğu proqramda aktrisanın ünvanına "Sadakatsiz" adlı serialda oynayan bir qız var. Adını, filan bilmirəm. Ötən gün bir qala gecəyə dəvət edilmişdi. Bir libas geyinib, geyim qanunla qadağandır. Çünki sinə dekoltesi tamamilə açıqdır, ictimaiyyət arasında özünü göstərir. Yəni büstqalter yoxdur" sözlərini səsləndirmişdi. Bundan sonra bir çox sənətçi Melisə dəstək olaraq Çakırın ünvanına sərt tənqidlər ünvanlamışdılar.