Analizində qurd çıxan hər uşağa... Pediatr


Digərləri 23 Yan 2022 23:50:00 155 0

Analizində qurd çıxan hər uşağa...  Pediatr

"Uşaqda qurd olduğunu düşünürsünüzsə, əvvəlcə onda əlamətlərin olub-olmadığını yoxlayın".

Son.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova bu barədə məlumat verib.

Həkimin sözlərinə görə, qurd xəstəliyini dəqiqləşdirmək üçün analiz nəcisdən verilməlidir:

"Lakin hər analizində qurd görünən uşağı müalicə etmək lazım deyil. Qurd əlamətləri yoxdursa, deməli, müalicə vacib deyil. Hər insan, hər uşaq qurda yoluxa bilər, amma hər insanda qurd xəstəliyi olmaz".