Su üzərində villa FOTO


Digərləri 23 Yan 2022 20:32:00 95 0

Su üzərində villa  FOTO

Beynəlxalq "BMT Asia Pacific" şirkəti isti sahillərdə sakit sular üçün nəzərdə tutulmuş lüks üzən villa üçün yeni konsept hazırlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, layihə "SeaScape" (Dəniz mənzərəsi) adlandırılıb. Onun əsas xüsusiyyətlərindən biri sualtı yataq otağıdır ki, bu da istirahət edənlərə sualtı mənzərələrdən həzz almağa və dəniz balıqları arasında yatmağa imkan verəcək.

Bundan əlavə, evin sahəsi əlavə edilə bilən ponton modulları ilə 167 kvadratmetrə qədər genişləndirilə bilər.

Villanın su və enerji təchizatı sistemləri tam avtonom rejimdə işləyəcək.