Ermənistan prezidenti istefaya gedib


Dünya 23 Yan 2022 20:12:00 148 0

Ermənistan prezidenti istefaya gedib

Ermənistan prezidenti Armen Sarkisyan istefaya gedib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan prezidentinin saytında yerləşdirilən açıqlamada deyilir.

"Mən çox uzun müddət düşündüm və təxminən dörd illik fəal işdən sonra Ermənistan prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Bu, qətiyyən emosional qərar deyil və müəyyən məntiqdən irəli gəlir", - deyə açıqlamada bildirilir.

A.Sarkisyan əlavə edib ki, prezidentin "ölkə və millət üçün bu çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir etmək üçün lazımi alətləri yoxdur".