Gecə klubunda yanğın: 16 ölü


Dünya 23 Yan 2022 19:10:00 139 0

Gecə klubunda yanğın: 16 ölü

Kamerunun paytaxtı Yaunde şəhərində gecə klubunda yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Rabitə Nazirliyinin kommünikesində deyilir.

"İlkin məlumatlara görə, yanğın nəticəsində 16 nəfər həlak olub. Bundan əlavə, 8 nəfər ciddi xəsarətlər alıb", - deyə kommünikedə bildirilir.

"Cameroon Tribune" xəbər portalı öz növbəsində yanğının klubun zirzəmisində başladığını yazır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kamerunda Afrika Millətlər Kubokunun oyunları keçirilir.