Sumqayıtda yataqxanada yanğın olub
Digərləri 23 Yan 2022 19:00:00 82 0
Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 1 ədəd sayğac, 2 ədəd açar və giriş kabeli 2 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yataqxana binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: milli.az