Putin Paşinyan ilə telefonla danışdı


Siyasət 22 Yan 2022 13:48:00 116 0

Putin Paşinyan ilə telefonla danışdı

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, danışıqlar zamanı tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında əks olunmuş razılaşmaları, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edib.

V.Putin və N.Paşinyan ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edib.