Keçmiş senator saxlanıldı Suiqəsdə görə


Dünya 16 Yan 2022 09:48:00 137 0

Keçmiş senator saxlanıldı  Suiqəsdə görə

Yamaykada Haiti prezidenti Jovenel Moizin qətlində əsas şübhəli sayılan keçmiş Haiti senatoru Con Coel Cozef saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Cozefin muzdluları silahla təmin etdiyini və görüşlər planlaşdırdığını iddia edilir. Haiti polisinin araşdırma hesabatında deyilir ki, keçmiş Haitili senator prezidentə sui-qəsd etmək istəyində böyük rol oynayıb.

Xatırladaq ki, prezident Moiz ötən il iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülmüş, həyat yoldaşı yaralanmışdı. Sui-qəsddə 26-sı Kolumbiyalı və ikisi Haitidən olan amerikalı olmaqla bir qrup muzdlu iştirak edib.