Türkiyədə son sutkada koronavirusdan 177 nəfər
Dünya 15 Yan 2022 23:48:00 163 0
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 177 nəfər ölüb.
Son.az APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 384 min 263 nəfərin test edildiyi, 63 min 967 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 52 min 016 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Mənbə: milli.az