Gürcüstanda "omikron" ştammına yoluxanların


Dünya 15 Yan 2022 21:16:00 123 0

Gürcüstanda "omikron" ştammına yoluxanların

Gürcüstanda koronavirusun "omikron" ştammına daha 89 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəzindən bildiriblər.

Məlumata əsasən, ölkədə "omikron" ştammına yoluxanların ümumi sayı 1 185 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda "omikron" ştammına ilk iki yoluxma halı dekabrın 20-də təsdiq edilib. Yoluxan şəxslərdən biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə giriş edib. Daha sonra "omikron" ştammı həmin şəxslərin ünsiyyətdə olduğu digər insanlarda da qeydə alınıb.