Ukraynada gündəlik yoluxma sayı 10 min nəfəri ötüb


Dünya 15 Yan 2022 16:45:00 232 0

Ukraynada gündəlik yoluxma sayı 10 min nəfəri ötüb

Ukraynada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 10 569 nəfər təşkil edib, onlardan 727-si uşaq, 229-u isə tibb işçisidir.

Son.az xəbər verir ki, virusa yoluxmuş 127 nəfər ölüb, 6 172 nəfər xəstəlikdən sağalıb.

Pandemiya baş qaldırandan indiyədək ölkədə 3 748 079 nəfər COVID-19-a yoluxub. Onlardan 98 195 nəfəri ölüb, 3,5 milyondan çoxu sağalıb.