Faiq Ağayev onlar haqqında danışmaq istəmədi


Şou-biznes 15 Yan 2022 14:00:00 243 0

Faiq Ağayev onlar haqqında danışmaq istəmədi

Xalq artisti Faiq Ağayevin həmkarları Brilliant Dadaşova və Tünzalə Ağayeva haqda yazılan bir rəyi bəyənməsi iddia olunub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, müğənninin sosial şəbəkədə yazılan "İştirakçıların əksəriyyəti jüridən istedadlıdır. Hələ o Tünzalə və Brilliant jüri adına utancdır" şərhi ürəyincə olub və ona bəyəni qoyub.

F.Ağayevin illərdir küsülü olduğu ifaçılara bu addımı atması isə müzakirəsiz ötüşməyib.

Axşam.az məsələ ilə bağlı Faiq Ağayevə sual ünvanlayıb. O, isə bununla bağlı danışmaq istəmədiyini söyləyib:

"Keçək bu məsələnin üstündən".