KTMTdən Qazaxıstandakı vəziyyətlə bağlı açıqlama


Dünya 14 Yan 2022 23:00:00 158 0

KTMTdən Qazaxıstandakı vəziyyətlə bağlı açıqlama

"Qazaxıstanda vəziyyətin normallaşması barədə danışmaq hələ tezdir, lakin vəziyyətin dönüş nöqtəsi artıq yetişib".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas "Rossiya 24" telekanalının efirində deyib. O xatırladıb ki, Qazaxıstanın bəzi bölgələrində fövqəladə vəziyyət rejimi davam edir: 

"Məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə yumşaldılması davam edir. Ancaq bu o demək deyil ki, ölkədə vəziyyət normallaşıb. Aydındır ki, situasiyada dönüş nöqtəsi artıq baş verib".