Yarpağı xatırladan avtobus dayanacağı


Digərləri 14 Yan 2022 23:39:00 153 0

Yarpağı xatırladan avtobus dayanacağı

Böyük Britaniyanın Norviç şəhərində avtobus dayanacağı qeyri-adi dizaynı ilə fərqlənir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dayanacaq dizayner Maykl Spayser tərəfindən hazırlanıb.

Böyük bir yarpağı xatırladan dayanacaq, bunun sayəsində kifayət qədər böyük bir sahə üçün sığınacaq rolunu da oynayır.

Memarlar tərəfindən vestibül və sərnişin gözləmə zonasını örtmək üçün alüminium panellərdən və şəffaf materiallardan dəmir tent düzəldilib. Bu zaman həm də təbii ventilyasiya və bol gün işığının da qayğısına qalıblar.