Bağçaya gedən uşaqların sağlamlığı TƏHLÜKƏDƏ: bunu etməsək... Professordan XƏBƏRDARLIQ


Digərləri 14 Yan 2022 22:35:00 60 0

Bağçaya gedən uşaqların sağlamlığı TƏHLÜKƏDƏ: bunu etməsək...  Professordan XƏBƏRDARLIQ

Türkiyəli professor Mehmet Ceyhan Omikron ştamının qızılca və su çiçəyindən daha yoluxucu olmadığını qeyd edib. 

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim Omikronun yoluxma əmsalını 4,5-5 qiymətləndirib. 

"Qızılca və su çiçəyinin yoluxma əmsalı 16-18-dir. Onlar niyə yayılmır və böyük pandemiyaya səbəb olmur? Çünki bu viruslara yoluxduqda ömürlük immunitet qazanılır, hətta istifadə edilən peyvəndlər də ömürlük immunitet verir. Lakin Omikron ştamının yaratdığı immunitet çox aşağıdır. Əvvəlki variantlarla müqayisədə daha az immunitet yaradır, sanki immunitetdən gizlənir. Nəticədə Omikron ştamına yoluxan bir xəstə bəzən 2 həftə sonra immuniteti yetəri qədər olmadığı səbəbiylə ikinci dəfə bu virusa yoluxa bilir. Hətta bir ay ərzində 3 dəfə Omikrona yoluxanlar da var. 

Kütləvi immunitet yarandıqdan sonra pandemiyanın bitəcəyi fikri ilə razı deyiləm. Ölkələr qabaqlayıcı tədbirlərini artırır, sərhədlərini bağlayanlar var, ölkəyə girişləri çox yaxşı nəzarət etməyə çalışırlar. Bir qismi 2 PCR testi istəməyə başlayıb. Bir PCR testi ilə ancaq 50 faiz diaqnoz qoya bilərsiniz. Üstəlik, Omikrona yoluxan 100 insan arasında test etsəniz, 100 insandan 50-sini müəyyən edə bilirsiniz". 

Daha sonra professor əlavə edib ki, yeniyetməlik dövründə olan uşaqlar xəstəliyi ən çox yoluxduran qrupdur. Bu, onların hərəkətli həyat tərzi ilə izah olunur. 

Zelenski üç azərbaycanlını təltif etdi like
  • 14 Yan 22:30  
Digərləri Zelenski üç azərbaycanlını təltif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna-Azərbaycan münasibətlərinin in

arrow Ətraflı
Birmərtəbəli ev yanıb like
  • 14 Yan 22:25  
Digərləri Birmərtəbəli ev yanıb

Goranboy rayonunda yanğın baş verib.

arrow Ətraflı
Əfqanıstanda 5,1 bal gücündə zəlzələ baş verib like
  • 14 Yan 21:54  
Dünya Əfqanıstanda 5,1 bal gücündə zəlzələ baş verib

Əfqanıstanda Tacikistanla sərhəd yaxınlığında 5,1 bal gücündə zəlzə

arrow Ətraflı
Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb like
  • 14 Yan 21:25  
Digərləri Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-

arrow Ətraflı
Alimpaşa Məmmədov həbsdə namaza başlayıb, şeir yazır like
  • 14 Yan 21:20  
Digərləri Alimpaşa Məmmədov həbsdə namaza başlayıb, şeir yazır

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbərliyi Dövlət Təhlü

arrow Ətraflı