Planet üçün təhlükəli olan ev əşyası məlum olub


Digərləri 14 Yan 2022 22:04:00 138 0

Planet üçün təhlükəli olan ev əşyası məlum olub

Kral Kimya Cəmiyyətinin ("The Royal Society of Chemistry") alimləri planet üçün təhlükəli olan ev əşyasını müəyyən ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İngiltərənin "The Independent" qəzeti məlumat yayıb.

Xarici nəşrin yaydığı məlumata görə divar boyasının açıq qutuları ətraf mühit üçün zəhərlidir.

Xarici mütəxəssislər bildiriblər ki, boyanın tərkibindəki polimerlər polietilen paketlər qədər ətraf mühit üçün zərərlidir.

Tədqiqatçıların keçirdikləri sorğu nəticəsində müəyyən edilib ki, britaniyalı ailələr 50 milyon litrdən çox boya qalıqları saxlayır. Bu miqdar Tauer körpüsünü 2,3 min dəfə rəngləmək üçün kifayət edər. Çox vaxt maddənin artığı zibilxanaya atılır və ya yandırılır, bu cür tullantıların yalnız iki faizi təkrar istifadə və ya emal olunur.