Bir dəfə herpesə yoluxmaq kifayətdir ki... Həkim


Digərləri 14 Yan 2022 21:45:00 342 0

Bir dəfə herpesə yoluxmaq kifayətdir ki... Həkim

İnsanlar arasında geniş yayılan viruslardan biri də herpesdir. Hüceyrədaxili virus dəridə sinir uclarında oturur və aylarla gizli şəkildə qalır. İmmun sistemi zəifləyən kimi aktivləşir və özünü büruzə verir. İnsanın bir dəfə herpesə yoluxması bəs edir ki, bu xəstəlik ömürlük onun orqanizmində qalsın.

Son.az xəbər verir ki, bu barədə həkim, dermatoloq Sevinc Kərimova ATV-Səhər verilişinə müsahibəsində məlumat verib.

Həkimin sözlərinə görə, sinir hüceyrələrində yerləşən herpesin 8 tipi var: "İlk 3 tipə daha çox rast gəlinir. I tip herpes dodaqlarda, burun qanadlarında və yanaqlarda xırda səpkilər şəklində özünü büruzə verir".

S.Kərimova bildirib ki, II tip herpes herpes kişi və qadın sonsuzluğuna səbəb ola bilər. III tip herpes uşaqlarda suçiçəyi, böyüklərdə isə kəmərvari dəmrov yaradır. Bəzi insanlarda uçuq ildə 1-2 dəfə, bəzilərində isə həyatları boyu davam edir. İnkubasiya dövrü 1 həftə - 10 gün olan bu virus hava-damcı yolu ilə keçir. Simptomları əhval-ruhiyyənin pisləşməsi, iştahsızlıq, bədən hərarətinin yüksəlməsi, əzginlikdir.