Bakının parklanma problemi: Tariflər niyə müəyyən edilmir? VİDEO


Digərləri 14 Yan 2022 20:48:00 137 0

Bakının parklanma problemi: Tariflər niyə müəyyən edilmir?  VİDEO

"Tariflər müəyyən edilənədək parklanma ödənişsizdir". Paytaxtın əksər küçələrində belə məlumat lövhələri ilə qarşılaşırıq. Ancaq əksər yerlərdə də sürücülərdən pul tələb olunur. Hətta Bakı Beynəlxalq Avtovağzalının ərazisinə də daxil olmaq üçün ödəniş etməlisən.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, hər hansı dövlət qurumunun qanunvericilikdən kənar tariflər müəyyən etmək hüququ yoxdur.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Günay Əliyeva sorğumuza cavab olaraq bildirdi ki, Avtovağzal və avtostansiyalar özəl sahibkarlıq subyekti olduğu üçün, burada parklanma üçün yığılan ödənişlər qanunidir. Paytaxt küçələrindəki parklanma yerlərində tariflərin müəyyən olunmasına gəlincə isə, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev təkliflərin hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunduğunu qeyd edib.

Son.az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: