Meksikada iki yük qatarı toqquşdu


Dünya 02 Dek 2021 09:00:00 170 0

Meksikada iki yük qatarı toqquşdu

Meksikada iki yük qatarı toqquşub.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zakatekas əyalətində baş verən hadisə nəticəsində 6 dəmiryol əməkdaşı yaralanıb.

Qəza nəticəsində qarğıdalı daşıyan 10 vaqon relsdən çıxıb. Bunlardan ikisi yaxınlıqdakı evə çırpılıb.

Qeyd edək ki, bu, əyalətdə 24 saatda baş verən ikinci qatar qəzasıdır. Bundan öncə 14 vaqonlu qatar nasazlıq səbəbiylə relsdən çıxmşdı.