Bakıda motosiklet maneəyə çırpılıb,
Digərləri 02 Dek 2021 08:27:00 189 0
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Son.az "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü İsmayıllı Uğur Emin oğlu idarə etdiyi motosikleti yol qırağındakı maneəyə çırpıb.
Nəticədə U. İsmayıllı və motosikletdə olan sərnişin, 1995- cı il təvəllüdlü Həsənov Turan Xaləddin oğlu xəsarət alıblar.
Hər iki şəxs xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az