Miqrantların sayı 281 milyona çatıb


Dünya 02 Dek 2021 07:45:00 243 0

Miqrantların sayı 281 milyona çatıb

Dünyada beynəlxalq miqrantların sayı son 50 ildə 84 milyondan 281 milyona qədər artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında deyilir.

Hazırkı qlobal qiymətləndirmələrə əsasən, 2020-ci ildə dünyada təxmiən 281 milyon beynəlxalq miqrant var ki, bu da dünya əhaləsinin 3,6 faizini təşkil edir.

Bildirilir ki, 1970-ci ildə beynəlxalq miqrantların sayı 84 milyon nəfər təşkil edib.

Qeyd edilir ki, koronavirus pandemiyası miqrasiyanın sürətini yavaşladıb. Koronavirus pandümiyasının təsirləri olmasa idi beynəlxalq miqrantların sayı təxminən 283 milyon təşkil edəcəkdi.