ABŞda atışma olub, ölənlər var


Dünya 02 Dek 2021 07:25:00 172 0

ABŞda atışma olub, ölənlər var

ABŞ-ın Atlanta (Corciya ştatı) şəhərində atışma baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində biri polis olmaqla 4 nəfər həlak olub, daha bir polis əməkdaşı isə yaralanıb.

Məlumata əsasən, yerli polis idarəsinə yoldan keçən avtomobildən qadın və cavan oğlana atəş açılması barədə 3 zəng daxil olub. Hadisə yerinə gələn polis əməkdaşlarına da atış açılıb və nəticədə sözügedən qadın və cavan oğlan, bir polis əməkdaşı və atış açan şəxslərdən biri ölüb.