Azərbaycanda QİÇSə yoluxma əsasən narkotik istifadəçiləri arasında rast gəlinir


Digərləri 02 Dek 2021 06:33:00 96 0

Azərbaycanda QİÇSə yoluxma əsasən narkotik istifadəçiləri arasında rast gəlinir

Azərbaycanda daha çox narkotik istifadəçiləri arasında yoluxma hallarına rast gəlmək olur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Respublika QİÇS Mərkəzinin rəhbəri Famil Məmmədov deyib.

O bildirib ki, aparılan müayinə və müalicələr nəticəsində bu xəstəliyə yoluxma halları və ölüm halları azalıb.

"Azərbaycanda 2018-ci illə müqayisə ötən il QİÇS-dən ölənlərin sayı 2 dəfədən çox azalıb. Bu xəstəliyə yoluxma QİÇS-li xəstə ilə cinsi əlaqə zamanı, qandan keçməklə və anadan uşağa yoluxma ilə keçə bilər. Azərbaycanda daha çox narkotik istifadəçiləri arasında yoluxma hallarına rast gəlmək olur", - deyə o bildirib.