Günün qoroskopu: çox işləmək lazım gələcək


Digərləri 02 Dek 2021 00:01:00 127 0

Günün qoroskopu: çox işləmək lazım gələcək

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - çətinliklər sizi qorxutmayacaq, əksinə həvəs verəcək və qeyri-standart qərarlar verməyə vadar edəcək. Buna baxmayaraq, gün sakitlik və sabitliyə üstünlük verənlərin ürəyincə olmaya bilər. Hansısa məqsədinə çatmaq üçün istifadə edə biləcəyiniz uğurlu təsadüflər ehtimalı var. Komfortlu emosional fon yaxşı ovqat bəxş edəcək, özünüzü yaxşı hiss edəcəksiniz. Gün hərəkətlərinizin təhlili, psixoloqa müraciət və ya mənəvi rəhbərinizi ziyarət üçün münasibdir.

Buğa - çox işləmək lazım gələcək. Üstəlik, tək özünüzün yox, həm də başqalarının problemlərini həll etməli olacaqsınız. Rəhbərlik çoxsaylı tapşırıqlar verəcək. Bu tapşırıqları layiqincə yerinə yetirmək ürəyinizdən keçsə də, tələsmək məcburiyyətində qalacaqsınız. Tələsiklikdə isə səhvlər qaçılmaz olur. Yüksək vəzifə tutan Balıqlar gələcək karyeralarının asılı olduğu vacib qərar qəbul etməli olacaqlar.  Günün emosional fonu sabit deyil. Digər tərəfdən, ciddi yüklənmə əsəb sisteminizə pis təsir göstərəcək. Miqren və yuxusuzluq istisna deyil.

Əkizlər - Bu gün sizin üçün kifayət qədər çətin olacaq. Sizə maraqlı və çox şey vəd edən kimi görünən işlə artıq başqası məşğul olur. Sizə qalan isə darıxdırıcı, yeknəsək və yaradıcı yanaşma tələb etməyən məşğuliyyətdir. Bu gün sizi inciklik (ya konkret kimdənsə, ya da bütövlükdə həyatdan) idarə edəcək. Dava-dalaşlara səbəb olacaq, hətta ən yaxın adamlarınıza da xoş olmayan sözlər deyəcəksiniz. Günahınızı yumaq asan olmayacaq. Bu gün yalnız bazarlıq üçün əlverişlidir. Böyük məmnuniyyət və ağılla pul xərcləyəcəksiniz. Yeni il hədiyyələri barədə düşünməyin vaxtıdır.

Xərçəng - çox uğurlu gündür. Həyat potensialınız yüksək olacaq, hətta çətin və darıxdırıcı işlə məşğul olmaq lazım gəlsə belə, yorulmayacaqsınız. Sarsılmaz nikbinliyiniz hər kəsin diqqətini cəlb edəcək. Unutmayın ki, müsbət emosiyalarınızı ətrafdakılarla bölüşdükcə, yeni emosiyalar qazanacaqsınız. Xoş sürprizlər mümkündür. Ötən günlərdə mehribanlıqları ilə seçilməyənlər də bu gün sizi sevindirmək istəyəcəklər. İş danışıqları uğurlu keçəcək. 

Şir - uğur qazanmaq üçün əsas şərt ətrafdakılarla yaxşı münasibətdir. Ona görə də həm işləməyə, həm də istirahətə tək öyrəşmiş adamlar əməkdaşlıq barədə düşünməli, asanlıqla razılışmağın, səyləri birləşdirməyin mümkün olduğu adama diqqət yetirməlidirlər. Bu zaman tam səmimiyyətə ehtiyac yoxdur. İnsanlara onların eşitmək istədiklərini söyləmək kifayətdir. Nə qədər təəccüblü olsa da, bu gün çox bəsit hiyləgərlik effektli olacaq. 

Qız - bu gün üçün münasib olan məşğuliyyətlər yaradıcılıq, əl işləri, eləcə də qiraətdir. Səs-küylü məclislərdən və kübar həyatda fəal iştirakdan imtina etmək məsələhətdir. Aktiv istirahət, idmanla məşğul olmaq və fiziki iş yalnız günün birinci yarısında məqsədəuyğundur.

Tərəzi - çox yaxşı və xoş keçirə biləcəyiniz əla gündür. Çətin işdən qorxmayın. Bu gün istənilən məsələni həll etmək gücündəsiniz. Gün yaradıcı insanlar - musiqiçilər rəssam və yazıçılarla ünsiyyət üçün münasibdir. Onlardan biri sizi də şah əsər yaratmağa ruhlandıra bilər. Sizə əziz olan insanları sevindirməyin yolunu tapacaq, yaxınlarınıza hədiyyələr və xoş sürprizlərlə sevinc bəxş edəcəksiniz. Əhəmiyyətli xərclər mümkündür. Lakin buna görə təəssüflənməyəcəksiniz.