Maşının kreslosunu isitmək kişilərdə cinsi zəiflik yaradır


Digərləri 01 Dek 2021 23:10:00 122 0

Maşının kreslosunu isitmək kişilərdə cinsi zəiflik yaradır

Aparılan araşdırmalar nəticəsində 1973-cü ildən bəri kişilərin spermalarında böyük səviyyədə azalmalar meydana gəlməsi ortaya çıxıb.

Son.az xəbər verir ki, sperma sayındakı azalmanın dəqiq səbəbi bilinməsə də, araşdırma zamanı sonsuzluğu böyük ölçüdə meydana çıxaran bəzi məqamlar ortaya çıxıb.

Mütəxəssislər bildirir ki, bu sırada qidalanma əhəmiyyətli yer tutur. Belə ki, araşdırmalar ağ ət (quş əti) yeyən kişilərin qırmızı ət yeyənlərdən 13 faiz daha az sonsuzluq problemi yaşadığını ortaya çıxarıb.

Son illərdə xüsusilə şəhər həyatında bir çox insanın sıxıntısı halına gələn yuxu azlığı sadəcə yuxusuzluğu deyil, bir çox problemi gətirir. Gündəlik testesteron ifrazının böyük bir qismi yuxu əsnasında həyata keçir və kifayət qədər yatmayan kişinin nəsil artırma qabiliyyətində azalmalar ortaya çıxarır. Gündə 6 saatdan daha az yatan kişilər sonsuzluq problemi ilə qarşılaşır.

Kaliforniya Universitetində aparılan elmi araşdırma hamam və saunaların xayalarda temperaturu artıraraq, sperma istehsalında pozulmaya yol aça biləcəyini göstərir.