Bakıda ikimərtəbəli evdə partlayış olub


Digərləri 01 Dek 2021 22:10:00 227 0

Bakıda ikimərtəbəli evdə partlayış olub

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mansarda tipli evin 1-ci mərtəbəsinin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, partlayış dalğasının təsirindən evin plastikdən ibarət pəncərə çərçivələri qismən dağılıb. Yanğın nəticəsində mətbəxin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.