Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Siyasət 01 Dek 2021 20:54:00 214 0
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə səfir Qazaxıstan Respublikasının Birinci Prezidenti Gününün qeyd edilməsi ilə bağlı keçirilən tədbirdə danışıb.
Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Mənbə: milli.az