Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib


Digərləri 29 Noy 2021 14:34:00 138 0

Ağdam sənaye parkına ayrılmış ərazinin 74 hektarı minalardan təmizlənib

Ağdam sənaye parkına ayrılmış 190 hektar ərazinin 74 hektarı minalardan təmizlənib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "twitter" hesabındakı paylaşımında bildirib.

"İşğaldan azad edilmiş ərazilərimizdə iqtisadi dirçəliş başlayıb. Hazırda Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyəti üçün işgüzar mühit yaradılır. Artıq parka ayrılmış 190 hektar ərazinin 74 hektarı minalardan təmizlənib, elektrik enerjisi və su təchizatı sistemi qurulub", - deyə paylaşımda qeyd olunub.

Son.az