Xatun ad gününü qardaşının məzarı üstündə keçirdi


Şou-biznes 29 Noy 2021 14:36:00 226 0

Xatun ad gününü qardaşının məzarı üstündə keçirdi

"Balaşsız ilk doğum günüm idi. Bu günümü də hər günkü kimi onun yanında keçirmək istədim. Çox çətindir, onsuz xoş heç nə hiss edə bilmirəm".

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva bildirib. Ötən gün ad günü olan sənətçi özəl gününü dünyasını dəyişən stilist qardaşı Balaşın məzarı üstündə keçirib.

Həmin görüntüləri sosial şəbəkədə hesabında yayımlayan Xatun bunları qeyd edib:

"Əlim açılmır, üzüm gülmür. Dünyada baş verən heç nəyin fərqi yoxdur mənim üçün. Hər şeydə onun yoxluğunu görürəm, acısını hiss edirəm. Onun yoxluğunun ağrısı hər şeyi üstələyir. Dünəndən aldığım bütün təbriklər üçün hamıya ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Paylaşımlara, təbriklərə geri dönüş edə bilmədiyim üçün ümid edirəm heç kim məndən inciməz, anlayış göstərər. Bu günə kimi bütün özəl günlərimi Balaşımla bir yerdə keçirmişik, indi onsuz keçən hər gün məni incidir. Hər kəs çox sağ olsun, var olsun, diqqətiniz mənim üçün doğrudan da önəmlidir. Allah heç kimi əzizindən, doğmasından ayırmasın. Günlərinizin, sevdiklərinizin qədrini bilin".

Qeyd edək ki, Balaş bu ilin fevralında vəfat edib.