On il əvvəl qəbul edilmiş qanun niyə yenilənmir?


Digərləri 29 Noy 2021 14:54:00 219 0

On il əvvəl qəbul edilmiş qanun niyə yenilənmir?

Ölkəmizdə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 10 il əvvəl müəyyən edilən qaydalarla verilir.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki,  hazırda avtomobilə dəymiş ziyana görə sığorta şirkətləri tərəfindən maksimal 5 min manat ödənilir.

Sürücülərin və avtomobil ustalarının sözlərinə görə, avtomobil bazarında sözügedən müddət ərzində baş verən qiymət artımı ehtiyat hissələrinin də bahalaşmasına səbəb olub. Bu isə dəymiş ziyanı ödəməyə kifayət etmir.

Sığorta sahəsi üzrə ekspertlər bildirirlər ki, həm adi, həm də zəncirvari qəzalarda ödənilən məbləğin hadisə iştirakçılarının sayından asılı olmayaraq dəyişməməsi mübahisələri daha da artırır.

Ekspert Tural Şükürovun sözlərinə görə, qanunvericilikdə nəzərdə tutulan məbləğ azı 2-3 dəfə artırılmalıdır. Bu zaman sığorta haqqı da artırıla bilər.