Bakıda davada qətl törədən 3 qardaş tutulub


Digərləri 29 Noy 2021 12:54:00 156 0

Bakıda davada qətl törədən 3 qardaş tutulub

Daxili İşlər Nazirliyi (DİN) Bakının Sabunçu rayonunda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə noyabrın 27-də saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisindən Bakı şəhər sakini 21 yaşlı Fərid Əliyevin və Şamaxı rayon sakini 25 yaşlı İlşad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri, F.Əliyevin orada ölməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Lətifov və qardaşları - əvvəllər məhkum olunmuş Rahib və Qorxmaz saxlanılaraq istintaqa təhvil veriliblər.