Azərbaycanda "Omikron" ştammı qeydə alınıb?


Digərləri 29 Noy 2021 10:37:00 123 0

Azərbaycanda "Omikron" ştammı qeydə alınıb?

Bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb

Son.az bildirir ki, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib.

O qeyd edib ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb.

A.R.Ağayev bildirib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində kluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.