Nənəsindən aktrisaya qarşı dələduzluq


Şou-biznes 29 Noy 2021 11:06:00 130 0

Nənəsindən aktrisaya qarşı dələduzluq

Aktrisa Fulya Zenginerə qarşı nənəsi və onun qardaşları dələduzluq ediblər.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, atasını uşaq vaxtı itirən, 3 il əvvəl anası dünyasını dəyişən sənətçi bu dəfə qohumlarından aldığı zərbə ilə gündəmə gəlib.

İddiaya görə Zenginerin babasından qalan milyonluq ərazidə payı olub. qardaşları ilə plan quran nənə nəvələrindən vəkalət alaraq, "Ərazini satım, hamıya pul verəcəm" sözlərini deyib.

Fulya və digər nəvələr nənəyə razılıq verib. Bir müddət sonra böyük dayısına zəng edən aktrisa "Ərazini sata bilmədik" cavabını alıb. Amma digər nəvələr nənəni məhkəməyə verib. Bəlli olub ki, ərazi satılıb, pul isə nənə və onun qardaşları arasında bölüşdürülüb.