Bakıda kişi ailə üzvü tərəfindən bıçaqlanıb


Kriminal 29 Noy 2021 07:50:00 142 0

Bakıda kişi ailə üzvü tərəfindən bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

1980-ci il təvəllüdlü Mahmudov Eldəniz Qafar oğlu yaşadığı evdə ailə üzvləri ilə mübahisə edib. Mübahisə zamanı o ailə üzvlərindən biri tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxananın reaninasiya şöbəsinə yerləşdirilib.