Bakıda əlbəyaxa dava zamanı oğlana üç bıçaq zərbəsi vurulub


Kriminal 29 Noy 2021 07:28:00 131 0

Bakıda əlbəyaxa dava zamanı oğlana üç bıçaq zərbəsi vurulub

Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Binə qəsəbəsində baş verib.

1998-ci il təvəllüdlü İsayev Namiq Natiq oğlu tanışı ilə əlbəyaxa dava zamanı ona üç bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.