“ANİMAFİLM Şəkidə” tədbiri uğurla başa çatdı


Kriminal 28 Noy 2021 09:30:00 174 0

“ANİMAFİLM Şəkidə” tədbiri uğurla başa çatdı

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası tədbiri 23-25 noyabr 2021-ci il tarixləri arasında Şəki "ASAN xidmət" mərkəzində keçirildi. Festivalda üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş ən maraqlı yerli və xarici animasiya filmləri təqdim edilib.

"ANİMAFİLM Şəkidə" tədbiri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Tədbir zamanı ən yaxşı filmləri seçmək imkanı tamaşaçıların öhdəsinə buraxılmışdır. Belə ki, məktəblilərin və şəhər sakinlərinin ən çox səs verdiyi filmlər qalib elan olunmuşdur. Qalib elan olunan filmlər aşağıdakılardır:

- Ən yaxşı Azərbaycan animasiya filmi: "Tıq-tıqla möcüzələr axtarışında. Qobustan", rejissor Sultan Abbasbəyli.

- Uşaqlar üçün ən yaxşı animasiya filmləri: "Splish Splash", rejissor Andra Fembriarto. İndoneziya; "Tacet", rejissor Zachary Simon. ABŞ.

- Böyüklər üçün ən yaxşı animasiya filmi: "Navozande, the Musician", rejissor Reza Riahi. Fransa.

- Ən yaxşı televiziya filmi: "Mush-Mush and the Mushables", rejissor Joeri Christiaen. Belçika, Fransa.

Həmçinin, "ANİMAFİLM Şəkidə" tədbirində Azərbaycanın əməkdar mədəniyyət işçisi, məşhur animasiya rejissoru Elçin Hami Axundovun uşaqlar üçün "Kağızdan Şaxta Baba düzəlt" adlı ustad dərsi təşkil olunmuşdur.