Azərbaycanda diktor vəfat etdi


Kriminal 26 Noy 2021 11:18:00 212 0

Azərbaycanda diktor vəfat etdi

Azərbaycan radiosunun diktoru Lyudmila Nəzərli dünyasını dəyişib.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu haqda diktor, əməkdar artist İradə Ağayeva bildirib.

Noyabrın 2-də koronavirusa yoluxan Lyudmila Nəzərli xəstəxanaya yerləşdirildikdən bir müddət sonra müalicəsini reanimasiyada davam etdirirdi.

Qeyd edək ki,  Lyudmila Nəzərli Azərbaycan Radiosunda çalışıb, 2014-cü ildən indiyədək CBC telekanalında televiziya təlimçisi kimi fəaliyyətini davam etdirib.

O, ötən il "Tərəqqi" medalına layiq görülüb. Allah rəhmət eləsin..