Böyük Britaniyanın tam elektriklə işləyən təyyarəsi dünya rekordu qırıb


Dünya 24 Noy 2021 21:20:00 149 0

Böyük Britaniyanın tam elektriklə işləyən təyyarəsi dünya rekordu qırıb

Böyük Britaniyanın tam elektriklə işləyən təyyarəsi "Spirit of Innovation" dünya rekordu qırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, avtomobil və təyyarə mühərrikləri istehsalçısı "Rolls-Royce"un , tam elektriklə işləyən təyyarəsi "Spirit of Innovation" saatda 623 kilometr sürətə çataraq dünya rekordunu yeniləyib.

"Rolls-Royce" şirkətinin baş direktoru Varren İst bildirib ki, təyyarə enerji topladıqdan sonra 30 dəqiqədən çox uça bilir.

Saatda 623 kilometr sürətə çatan təyyarə dünya rekordunun yeni sahibi olub.

Sınaq uçuşu zamanı təyyarəni "Rolls-Royce"un uçuş əməliyyatları üzrə direktoru Fil Odell idarə edib. Təyyarə 202 saniyəyə 3 min metr hündürlüyə qalxaraq daha bir rekord qırıb. Məlumat təsdiq üçün dünya aviasiya rekordlarını yoxlayan Beynəlxalq Aviasiya Federasiyasına (World Air Sports Federation) göndərilib.

Sınaq uçuşu Böyük Britaniyanın Müdafiə Nazirliyinin "Boscombe Down" eksperimental təyyarə sınaq poliqonunda baş tutub.

Xatırladaq ki, 2017-ci ilin aprelində Almaniyada yerləşən "Siemens" firmasının "Extra 330LE" elektrikli təyyarəsi saatda 337,5 kilometr sürətə çataraq rekord qırmışdı.