"İki dəfə asqırmadısa, o insan "xalq düşməni" olur"


Digərləri 24 Noy 2021 20:00:00 251 0

"İki dəfə asqırmadısa, o insan "xalq düşməni" olur"

"Bizdə buna natamamlıq kompeksi deyilir. Biz toplum olaraq çalışırıq ki, nömrələrimizin rəqəmləri cüt olsun, bir-birinə oxşasın, dəst olsun. Dəst deyilsə, bu "kalitə" sayılmır kimi düşünürük. Bunu hamıya şamil etmirəm, amma bir qrup insan var ki, həqiqətən elə düşünür. Yəni sənin geyimin dəbli, maşının nömrəsi telefon nömrənlə dəst deyils, deməli sən bizdən deyilsən. Sən o "kalitə"-dən bir qədər uzaqdasan".

Son.az xəbər verir ki, bunu moderator.az-a psixoloq Vəfa Rəşidova dedi.

Onun sözlərinə görə, bu, opsetit düşüncədir, yəni nevroz düşüncəli insanların baxış tərzidir: "Opsetit düşüncəli olmayan insanlar üçün maşının nömrəsinin necə olması önəmli deyil. Yəni həyatda daha önəmli şeylər var. Amma bəzi insanlar bu şeylərə həddindən artıq fikir verirlər və biz də bunun adını prestij qoymuşuq. Əslində, həqiqətən də bu, nevrologiyada, psixologiyada açıqlaması sayrışan hallar nevrozu düşüncələrdən qaynaqlanan məqamlardır. Misal üçün, bəzi insanlar ayaqqabını cütləyib qoymayanda narahat olurlar, yaxud əllərini 10 dəfə yumayanda narahat olurlar, iki dəfə asqıranlara diqqət yetirirlər. İki dəfə asqırmadısa, o insan "xalq düşməni" olur. Bunlar hamısı opsetit düşüncələrdir. İnsan bu şəkildə özünü tətmin edir.

Mənim hər şeyim yüksək səviyyədədir, maksimaldır, istədiyim kimidir. İnsan özünü bu şəkildə rahat hiss edir. Kredit götürüb bunu edən insanlar daha çətin vəziyyətdədirlər, yəni olduğu vəziyyətlə o qədər razı deyil ki, özünü o gərginliyə salıb o opsetit düşüncəli tora salırlar. Biri var imkanı var edir, biri də var yoxdu. Bu insanların vəziyyəti daha da ağırdır. Əgər bir şey təbliğ olunubsa, bu o demək deyil ki, yaxşı bir haldır və vacibdir. Bu, olmaya da bilər. Bir  çox insanlar üçün dəyərlər sistemi ortaya çıxır. Bunun digər səbəbi isə təqliddir, o edibsə, məndə niyə olmamalıdır. Bunun da kökündə özünə inamsızlıq və özgüvənsizlik dayanır. Tutalım iki dostu var, özünü təsdiq etməlidir, düşünür ki əgər etməsə, onu dostluqdan çıxardacaqlar. Əgər sən onlara, o düşüncəyə uymursansa sən oradan uzaqlaşmalısan. Bu da iqnor olunmaq, tərk edilmək və tək qalmaq qorxusundan irəli gəlir. Yəni bu insan daxili dəyərləri deyil, maddi dəyərləri önəmli hesab edir. Əslində, bu, psxoloji bir problemdir".