Qazın təzyiqi niyə “oynayır”? "Azəriqaz"dan açıqlama


Digərləri 22 Noy 2021 20:42:00 156 0

Qazın təzyiqi niyə “oynayır”?  "Azəriqaz"dan açıqlama

Bəzi vətəndaşlar evlərinə gələn qazın təzyiqinin gün ərzində bir neçə dəyişdiyini iddia edirlər. Sumqayıtda yaşayan sakinlərdən biri bununla bağlı "XəzərXəbər"in vatsap nömrəsinə video çəkərək göndərib. Görüntülərdə qaz təzyiqinin bir neçə dəqiqə ərzində artıb-azaldığı müşahidə edilir. Bina sakinləri hər an bədbəxt hadisənin baş verə biləcəyindən ehtiyatlanırlar. Bəs görəsən bu vəziyyət nədən qaynaqlanır ? ''Azəriqaz'' məsələyə aydınlıq gətirib.  

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, evlərə verilən qazın təzyiqi qəfil artıb-azalır. Görüntülər Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 5/7 saylı binadandır.

Sözügedən binada yaşayan vətəndaşlardan biri bununla bağlı çəkdiyi videonu XəzərXəbərin vatsap nömrəsinə göndərib

Sakinlər vəziyyətdən narahatlıq keçirdiklərini deyirlər. Mənzillərin birində özümüz də müşahidə apardıq.

Məsələyə ''Azəriqaz'' İB-dən münasibət bildirilib. Qeyd olunub ki, əraziyə baxış keçirilib, amma hər hansı bir problem aşkarlanmayıb.