Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 137 mina aşkarlanıb
Siyasət 22 Noy 2021 19:54:00 285 0
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan bildirilib ki, noyabrın 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 25 piyada əleyhinə mina, 112 tank əleyhinə mina və 88 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
157 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Mənbə: milli.az