Meşədə tapılan nəhəng ilan GÜNDƏM OLDU VİDEO


Digərləri 25 Okt 2021 21:45:00 99 0

Meşədə tapılan nəhəng ilan GÜNDƏM OLDU  VİDEO

Meşədə tutulan nəhəng ilan sosial medianın gündəmini zəbt edib. Canavar kimi təsnif edilən bu ilan o qədər böyükdür ki, hətta kran da onu zorla qaldıra bilir.

Son.az xəbər verir ki, Karib dənizində ada ölkəsi kimi tanınan Dominikada meşədə çəkilmiş ilan görüntüləri 79 milyondan çox baxış toplayıb.

Bu ilanın orada yaşayan insanlara hücum etməməsi üçün bölgədən çıxarılması istənilib. "TikTok"da "fakrulazwa" kimi tanınan şəxs öz hesabında digər ilan videolarını da paylaşıb.

Görüntülərdə nümayiş olunan ilanın bölgəyə aid bir "boa ilanı" olduğu düşünülür. Bu ilanlar 4 metrə qədər böyüyə və nəhəng ölçülərə çata bilər. (publika.az)