Tengiz Tertsvadze: Gürcüstanda koronavirusun 5ci dalğası əvvəlkilərdən daha ağır keçəcək


Dünya 25 Okt 2021 21:59:00 110 0

Tengiz Tertsvadze: Gürcüstanda koronavirusun 5ci dalğası əvvəlkilərdən daha ağır keçəcək

"Gürcüstan əhalisinin koronavirusa qarşı mübarizəyə dair tələbələrə və həkim tövsiyələrinə çox az əməl etməsi ölkədə pandemiyanın daha geniş yayılmasına əsas verir".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tbilisi QİÇS və İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Tengiz Tertsvadze söyləyib.

Onun sözlərinə görə, COVID-19 virusuna yoluxma halları daha da artacaq və bunda bir başa əhali günahkardır. Gürcüstan əhalisinin pandemiyaya qarşı laqeydliyi koronavirusun 5-ci dalğasının əvvəlkilərdən daha ağır keçməsinə şərait yaradır. Gündəlik 4000-5000 insanın vaksin olunması çox cüzi bir rəqəmdir və əsl fəlakətdir.

"Heç bir sivil ölkədə belə bir hal yoxdur. Əhali tibbi maskadan da imtina edir. Bu gün Gürcüstanda əhalinin ən çox 45 faizi maska taxır. Bu isə daha çox yoluxmaya yol açır", - deyə Tertsvadze vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda son 24 saat ərzində 1877 nəfər koronavirusa qarşı peyvənd olunub, onların da 670-i peyvəndin birinci dozasını qəbul edib. Oktyabrın 25-nə olan məlumatlara görə, ümumilikdə ölkə əhalisinin 1 950 693 nəfərinə peyvənd vurulub. Onların da 1 024 769 nəfər hələlik yalnız bir doza vaksin qəbul edib. Bu da yetkin əhalinin 36,1 faizini təşkil edir.

Əhalinin yalnız 925 169 nəfəri peyvəndin hər iki dozasını qəbul edib ki, bu da yetkin əhalinin 32,4 faizini təşkil edir.