"Putin demək olar heç kimi yaxınına buraxmır"


Digərləri 25 Okt 2021 19:06:00 62 0

"Putin demək olar heç kimi yaxınına buraxmır"

Ötən həftə Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Benneti Soçidəki iqamətgahında qəbul edib. Bu danışıqlar beş saata yaxın çəkib və təbii ki, orada nələrin müzakirə olunduğu açıqlanmayıb. Tərəflər ümumi ifadələrlə kifayətləniblər. Amma İranın nüvə proqramları və Suriya ilə bağlı müzakirələrin aparıldığı şübhə doğurmur.

Bu xəbəri də oxu: Kənd sakinlərinin yol problemi

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, görüşdə İsrail baş nazirini tikinti naziri Zeev Elkin müşaiyət edirdi. Nazirin görüş zamanı əlində tutduğu iri çanta KİV-lərin və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib, həmin çantanın içində nə ola biləcəyinə dair müxtəlif versiyalar səslənib.

Zeev Elkin özü bu barədə İsrail KİV-lərinə danışıb və deyib ki, çantada "havadan çəkilmiş, hərbi xarakterli fotolar" və Putin üçün suvenir yer alırdı:

-Paketdə Rusiya prezidenti üçün suvenir və hərbi xarakterli fotolar yer alırdı, hansı ki, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün bu fotolar zəruri idi. Fotolar İsrail üçün vacib olan məsələlərin müzakirəsinə kömək etdi, onların bir hissəsi Rusiya prezidentində qaldı.

Nazir məhz hansı fotolardan söhbət getdiyini dəqiqləşdirməyib, amma ekspertlər ehtimal edirlər ki, fotolarda Suriya ərazisindəki İran hərbi obyektləri əks olunmuşdu.

Zeev Elkin İsrail nümayəndə heyətini tərcüməçi qismində müşaiyət edib. O bildirir ki, Putinlə Bennet arasında baş tutan bu ilk görüşdə onların arasında yaxşı münasibətlər formalaşdı, hətta Putin İsrail baş nazirini evinə dəvət etdi.

-Demək lazımdır ki, Putin bizə öz iqamətgahını göstərdi, sonra Benneti özünün şəxsi evinə dəvət etdi, bu da kifayət qədər gözlənilməz jest idi,-nazir bildirib.

İsrail naziri deyib ki, koronavirusa görə Putin demək olar heç kimi yaxınına buraxmır, ona görə də Naftali Bennetin köməkçilərindən heç biri bu görüşdə iştirak etmirdi. Nəticədə içərisində fotolar və suvenir olan çantanı o aparmalı olmuşdu.

Zeev Elkin danışıqların "praktiki nəticələrinin" olduğunu vurğulayıb, bildirib ki, bu nəticələr açıqlanmayacaq.

-Lakin şübhəsiz ki, nəticələr var. Həm İranın nüvə proqramlarına dair, həm Suriyadakı situasiyaya dair praktiki razılaşmalar əldə edilib. Məhz buna görə də görüş kifayət qədər uzun çəkdi. Əvvəlcə planlaşdırılmışdı ki, görüş iki saat olacaq, amma beş saat çəkdi. Çox ətraflı və əhatəli müzakirələr aparıldı.

Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq  Nikol Paşinyan like
  • 25 Okt 19:02  
Dünya Cənubi Qafqaz regionunda düşmənçilik atmosferini aradan qaldırmalıyıq Nikol Paşinyan

Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat infrastrukturunun açılması

arrow Ətraflı
“Delta” ştamının ilk FOTOsu like
  • 25 Okt 19:00  
Digərləri “Delta” ştamının ilk FOTOsu

Koronavirusun "Delta" ştamının ilk fotosu yayılıb.

arrow Ətraflı
Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub like
  • 25 Okt 18:54  
Digərləri Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrini

arrow Ətraflı
"Hürrəm sultan" hamamda çılpaq FOTOsunu paylaşdı like
  • 25 Okt 18:48  
Şou-biznes "Hürrəm sultan" hamamda çılpaq FOTOsunu paylaşdı

İki övladı ilə uzun müddətdir xaricdə yaşayan aktrisa Məryəm Üzərli

arrow Ətraflı
"Ona görə də mənim imzaladığım sərəncam əhəmiyyətsiz olub" like
  • 25 Okt 18:46  
Digərləri "Ona görə də mənim imzaladığım sərəncam əhəmiyyətsiz olub"

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin

arrow Ətraflı
“Rich” çay evi qəlyana görə cərimələndi  VİDEO like
  • 25 Okt 18:42  
Digərləri “Rich” çay evi qəlyana görə cərimələndi VİDEO

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-ia

arrow Ətraflı
Tibb bacısı rəfiqəsinin 14 yaşlı oğlu ilə yatdı  4 illik həbs olunacaq like
  • 25 Okt 18:36  
Dünya Tibb bacısı rəfiqəsinin 14 yaşlı oğlu ilə yatdı 4 illik həbs olunacaq

Sverdlovsk vilayətindən olan tibb bacısı 14 yaşlı ilə cinsi əlaqədə ol

arrow Ətraflı
NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib  FOTO like
  • 25 Okt 18:32  
Digərləri NATO ilə əməkdaşlıq məsələləri müzakirə edilib FOTO

Oktyabrın 25-də Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun B

arrow Ətraflı
Röyadan oğluna ad günü sürprizi like
  • 25 Okt 18:30  
Şou-biznes Röyadan oğluna ad günü sürprizi

Xalq artisti Röya Ayxan oğlu Hüseynin ad gününü qeyd edib.  

arrow Ətraflı
Maska taxmaq istəməyən qaradərilini avtobusda döyüb çölə atdılar like
  • 25 Okt 18:24  
Digərləri Maska taxmaq istəməyən qaradərilini avtobusda döyüb çölə atdılar

Voronejdə mikroavtobusda sərnişinlər afrikalını maksa taxmaq istəmədiyi

arrow Ətraflı
İranda daha 140 nəfər koronavirusdan ölüb like
  • 25 Okt 18:12  
Dünya İranda daha 140 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 140 nəfər koronavirusdan (COVID-19) ölüb, 7 5

arrow Ətraflı
Sudanda fövqəladə vəziyyət elan edilib like
  • 25 Okt 18:06  
Dünya Sudanda fövqəladə vəziyyət elan edilib

Sudanda hakimiyyətdə olan Suveren Şuranın rəhbəri, ordu generalı Əbdül

arrow Ətraflı
FHN leysan və güclü külək ilə əlaqədar xəbərdarlıq etdi like
  • 25 Okt 18:02  
Digərləri FHN leysan və güclü külək ilə əlaqədar xəbərdarlıq etdi

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, oktyabrın 27-dək ölk

arrow Ətraflı
"2 aydır xanımımı və oğlumu görmürəm"  Müşviq like
  • 25 Okt 18:00  
Şou-biznes "2 aydır xanımımı və oğlumu görmürəm" Müşviq

Aktyor Müşviq Şahverdiyev həyat yoldaşı Aynurə və oğlu Muraddan ayrı q

arrow Ətraflı
Şəhid ailələri və əlilliyi olanlara daha 50 mənzil verildi like
  • 25 Okt 17:58  
Digərləri Şəhid ailələri və əlilliyi olanlara daha 50 mənzil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Xocas

arrow Ətraflı