"2 aydır xanımımı və oğlumu görmürəm" Müşviq


Şou-biznes 25 Okt 2021 18:00:00 135 0

"2 aydır xanımımı və oğlumu görmürəm"  Müşviq

Aktyor Müşviq Şahverdiyev həyat yoldaşı Aynurə və oğlu Muraddan ayrı qalıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb ailəsinin Bakıda olmamasıdır. Müşviq bu haqda "Zaurla Günaydın" verilişində deyib.

"2 aydan çoxdur həyat yoldaşımı görmürəm. Bakıda yoxdular" deyə, müşviq bildirib. O qeyd edib ki, xanımı Ukraynada təhsil alır, ona görə də oradadır.

Aktyor həyat yoldaşının qısqanclığından da söz açıb:

"Axşam saat 11-dən sonra sorğu-sual başlayır. Yazır ki, bəlkə uşaq səni görüntülü görsün? İnam məsələsində bir az büdrəmişəm. Çox qısqancdır. Axşam evə gedib şəkil atıram ki, evdəyəm. Elə proqramlar yükləyib ki...".