"Deyirlər, Dubayda, Moskvada bir, Türkiyədə üç evim var"


Şou-biznes 25 Okt 2021 17:42:00 120 0

"Deyirlər, Dubayda, Moskvada bir, Türkiyədə üç evim var"

"Bəzənməkdən çox yoruluram. Özümü heç vaxt makiyaj etmirəm. Həmişə deyirəm, gedim məni makiyaj etsinlər. Hərdən deyirlər, saçına dib boyasını özün qoy. Etmirəm... Heç vaxt üzümə, saçıma maska qoymaram, mənlik deyil. Çox tənbələm".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli "Sənətdən kənar" verilişində deyib. Afaq baxım sirləri ilə bağlı sualları cavablandırıb.

Aparıcı şou-biznesin hazırki durumundan söz açıb:

"10-16 il əvvəlki halla indiki arasında yerlə-göy qədər fərq var. Məni indi orkestrla konsert verən ifaçı təəccübləndirə bilər ancaq".

A.Gəncəli özü ilə bağlı "Bərkimişəm, amma sevmirəm desinlər kişi kimi qadındır. İnsan var ki, özünü tez təslim edir, beyinin boşluğudur. Elə bir çıxılmaz vəziyyətlərdə özümü toparlayıram, amma beynini yükləmə. Onda düşə, təslim ola bilərsən. Mənə hər şey mərhələ-mərhələ gəldi. Özümü toparlaya-toparlaya gücləndim" sözlərini əlavə edib. 

Afaq özü haqda yayılan şayiələrdən söz açıb:

"Deyirlər ki, guya, Dubayda, Moskvada bir, Türkiyədə 3 evim var. Bakıda maqazinlərim var. 3-4 maşınım var, hansısa şirkətin vitse-prezidentiyəm. Dedim, Allah bunu deyənin ağzından eşitsin. Belə şeyləri sevirəm".