Azərbaycanda şagirdlərə bu məktəbdə dərs keçilir


Digərləri 25 Okt 2021 17:36:00 141 0

Azərbaycanda şagirdlərə bu məktəbdə dərs keçilir

Bu məktəbdə normal təhsil almaq bir kənara qalsın, uşaqlar hər gün evə sağ-salamat qayıdanda, valideynlər allaha şükür edirlər. Söhbət Qusar rayonu Köhnə Xudat kəndində yerləşən məktəbdən gedir. 

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, tavan uçub, döşəmə dağılıb, qapılar tam yararsız vəziyyətdədir, pəncərənin də biri var, biri yox.

Bura Qusarın Köhnə Xudat kənd tam orta məktəbidir. 500-dən çox ailənin məskunlaşdığı bu kənddə 2 məktəb var. 2005-ci ildə tikilmiş yeni məktəbdə yer olmadığından bəzi şagirdlər 1912-ci ildə tikilmiş bu məktəbdə oxumaq məcburiyyətində qalıblar. 

Məktəbin direktoru Nizami Ağayev deyir ki, yeni məktəbdə sinif otaqlarının sayı azdır. Ona görə də köhnə məktəbdən də istifadə olunur. Valideynlərin narazılığını aradan qaldırmağın yeganə yolu yeni məktəbdə ikinci növbənin yaradılmasıdır. 

Məktəb direktoru yeni məktəb binası ilə bağlı narazılıqlarını da dilə gətirdi. Onun sözlərinə görə, binada nə idman, nə akt zalı, nə də istilik sistemi var. İstilik sisteminin olmaması, kənd sakinlərini də ciddi narahat edir. 

İndi görüntüləri və həmin kənd sakinlərinin narazılığını sizə təqdim edirik.