Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır FOTO


Digərləri 25 Okt 2021 17:10:00 107 0

Xudatda 22 küçəyə asfalt örtük salınıb, geniş abadlıq işləri aparılır  FOTO

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Xaçmaz rayonun Xudat şəhərində yenidənqurma işlərinə başlanılıb.

Xaçmaz İcra Hakimiyyətindən verilən məlumata görə, Xudat şəhərinin Bakı istiqamətində girişində yeni dairəvi yol infrastrukturu qurulur, küçələr asfaltlanır, ətrafda yerləşən sahibkarlıq obyektləri müasir üslübda yenilənir. Görülən işlər yerli sakinlərlə yanaşı, rayona səfər edən qonaqların zövqünü oxşayacaq.

Hazırda magistral yolun genişləndirilməsi sürətlə davam etdirilir. Abadlıq-quruculuq işləri çərçivəsində piyadaların rahat hərəkətinin təmin olunması məqsədilə səkilər yenidən qurulur, müasir gecə işıqlandırma sistemi yaradılır.

Ümumilikdə Xudat şəhəri üzrə 22 küçəyə asfalt örtük salınıb, bu istiqamətdə işlər davam etdirilir.

Görülən işlərlə tanış olan rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müvafiq tapşırıq və tövsiyyələrini verib.