Son sutkada 366 vaksin vuruldu


Digərləri 25 Okt 2021 16:40:00 125 0

Son sutkada 366 vaksin vuruldu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 366 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 383 669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 409, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 323 260 təşkil edir.